Putin Paşinyanı belə izləyir - 102-ci baza ilə bağlı SON DƏQİQƏ açıqlaması

Putin Paşinyanı belə izləyir - 102-ci baza ilə bağlı SON DƏQİQƏ açıqlaması
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, İmanqali Tasmaqambetovun bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla görüşü gözlənilir.
Paşinyan 2 gün əvvəl demişdi ki, KTMT istəsə də, istəməsə də Ermənistandan gedir. O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirmişdi. 

İrəvan KTMT-nin getməsindən həqiqətən narahatdırmı? KTMT Ermənistandan gedəcəkmi?

Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, son zamanlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə Ermənistan arasında münasibətlər heç də hamar xətt üzrə getmir.
bf4cdef7-10c9-384c-b43f-3a109be2e5bd_850.jpg (79 KB)
Millət vəkilinin sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi KTMT-ni ittiham edir ki, təşkilat İkinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə öz müttəfiqinin, yəni Ermənistanın yanında yer almadı. Bu təşkilatın üzvü olan dövlətlər Azərbaycanla daha sıx əməkdaşlıq edirlər, nəinki Ermənistanla:
"Halbuki Azərbaycan bu hərbi-siyasi təşkilatın üzvü deyil. Paşinyan dəfələrlə qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmır, KTMT özü Ermənistandan uzaqlaşır. Nikol Paşinyan qeyd etmişdi ki, Ermənistan Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılmasını istəmir. Rusiya özü proseslərə start verib.
Paşinyan 2 gün əvvəl bildirib ki, KTMT istəsə də, istəməsə də Ermənistandan gedir. Bu prosesdən Ermənistanın narahatlığını da dilə gətirib. Suallar yaranır ki, doğrudanmı rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının getməsindən narahatdır. Ümumiyyətlə, KTMT Ermənistandan gedəcəkmi? Məsələlərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Paşinyan öz oyununu oynayır. O, çox gözəl dərk edir ki, KTMT-dən çıxmaq Ermənistan üçün ciddi fəsadlar verə bilər. Ona görə də Paşinyan faktiki olaraq siyasi bazarlığa gedir. Yəni bu hərbi-siyasi təşkilatdan çıxmağı ilə sanki onun rəhbərliyinə mesaj göndərir ki, siz Ermənistanı itirə bilərsiniz, belə olarsa, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mərkəzdənqaçma prosesinin başlanğıcı olacaq. Təkcə Ermənistan deyil, Qazaxıstan və digər Orta Asiya ölkələrinin təşkilatdan çıxması mümkündür.
0cdbbb5a-b040-3145-8872-ef4a0706c927_850.jpg (64 KB)
Hətta Paşinyana yaxın olan erməni mətbuatı yazır ki, istisna deyil ki, Ermənistan KTMT-dən çıxsa, son nəticədə bir müddətdən sonra orda yalnız 2 dövlət qalacaq – Rusiya və Belarus. Hesab edirəm ki, KTMT reallıqda Ermənistandan çıxmaq istəmir, Ermənistan bu təşkilatdan çıxmaq istəyir. Görünür ki, Ermənistanın Qərbdəki himayədarları onun qulağına pıçıldayıblar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıx, belə olan vəziyyətdə bizdən daha böyük dəstək ala bilərsən. Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxması qeyri-realdır. Ermənistan çıxmaq istəsə də, rəsmi Moskva buna icazə verməyəcək. Çünki müqəddəs yer boş qalmır. Əgər Ermənistan KTMT-dən çıxsa, orada yaranmış hərbi-siyasi vakumu kim dolduracaq? – Təşkilatın əleyhdarı olan qüvvələr. İlk növbədə söhbət NATO-dan gedir. Belə olan vəziyyətdə Ermənistanla NATO arasındakı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçə bilər. Avropa İttifaqının hərbi-mülki missiyası artıq 2 il müddətinə Ermənistan sərhədinə gəlib. Bunun ardınca NATO-nun hərbi missiyasının gəlməsi zaman məsələsi ola bilər. Ona görə də Rusiyada bütün bu proseslər izlənilir, təhlil edilir. Qənaətim odur ki, Rusiya buna heç bir halda imkan verməyəcək. Həm də Ermənistanda Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyirlər. Əgər Rusiya qalib gələrsə və öz mövqelərini gücləndirərsə o zaman Ermənistan bu mövzuda artıq danışmayacaq. Əks proses gedərsə, o zaman Ermənistan öz sərhədinə NATO missiyasının da gəlməsi ilə bağlı addımlar atmağa başlayacaq". 
Gundelik-Baku.Org