Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu
Filippində 6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib. San Mariano bölgəsi yaxınlığında qeydə alınan zəlzələdən sonra afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.
Gundelik-Baku.Org