Çində 5.5 bal gücündə zəlzələ baş verib

Çində 5.5 bal gücündə zəlzələ baş verib
Çində 5.5 bal gücündə zəlzələ baş verib.
TASS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin Çinin qərbində yerləşən Sıçuan əyalətində baş verdiyi qeyd olunub.
Mərkəzdən onu da əlavə ediblər ki, yeraltı təkanların episentri əhalisi 100 min nəfərə yaxın olan Kandin şəhərindən 48 km cənub-qərbdə və 80 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Gundelik-Baku.Org