Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın şimalında 5,0 bal gücündə zəlzələ olub. 
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 
Seysmoloqlar bildirib ki, təbii fəlakətin episentri əhalisi təxminən 173 min nəfər olan Obihiro şəhərindən 9 km aralıda, mərkəz isə 112 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat, sunami təhlükəsi barədə məlumat verilməyib.
 
Gundelik-Baku.Org