Rumıniya üzərindəki UNO qırıcıları görən kimi yoxa çıxdı

Rumıniya üzərindəki UNO qırıcıları görən kimi yoxa çıxdı
Rumıniya Hərbi Hava Qüvvələri çərşənbə axşamı hava monitorinqi sistemi səmada meteoroloji aerostata bənzəyən uçan naməlum obyekti qeydə aldıqdan sonra iki döyüş təyyarəsini havaya qaldırıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Rumıniya Hərbi Hava Qüvvələrinin hava monitorinq sistemi çərşənbə axşamı ölkənin cənub-şərqində milli hava məkanında təqribən 11 min metr hündürlükdə uçan, hərəkət xüsusiyyətlərinə görə meteoroloji hava şarına oxşar olan kiçik hava hədəfi aşkar edib.

NATO komandanlığı altında döyüş növbətçiliyini yerinə yetirən Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-21 təyyarəsi Fetesti aviabazasından havaya qalxaraq hədəfə doğru hərəkət edib. Lakin təyyarənin ekipajları nə vizual olaraq, nə də hava radarlarında hava hədəfinin olduğunu təsdiqləməyib. Qırıcılar vəziyyəti tam aydınlaşdırmaq üçün bazaya qayıdıblar”, - məlumatda bildirilib.

Mənbə: TASS
Gundelik-Baku.Org