Rusiyanın bir gündə 3 helikopteri vuruldu

Rusiyanın bir gündə 3 helikopteri vuruldu
Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya ordusuna məxsus 3 helikopteri vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat dərc edib. 
Bundan əlavə, gün ərzində ruslara aid daha 3 PUA da məhv edilib: "Rusiya Federasiyasının itkiləri bununla bitmir, çünki son sutka ərzində Müdafiə Qüvvələri işğalçıların qüvvələrinin cəmləşdiyi ərazilərə 20-dən çox zərbə endirib".
Vurulan helikopterlər müvafiq olaraq, "Ka-52", "Mi-24" və "Mi-8"dir. 
Gundelik-Baku.Org