Şəhidimizin qohumu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Şəhidimizin qohumu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 

Lent.az xəbər verir ki, Zaqatanın Suvagil kəndindən olan Əhmədov Amid Fərman oğlu Rusiya tərəfindən döyüşlərə qatılıb.

O, bu gün minaya düşərək həyatını itirib. 

Mərhumun cənazəsinin yaxın günlərdə Zaqatalaya gətirilərək doğma kəndində dəfn ediləcəyi bildirilir. 

Qeyd edək ki, Amid Əhmədov Zaqataladan olan Vətən müharibəsi qəhrəmanı, şəhid İsmayıl Səmədovun dayısı oğludur.

 


Gundelik-Baku.Org