Ukrayna ordusunun azərbaycanlı hərbçisi əsir götürüldü

Ukrayna ordusunun azərbaycanlı hərbçisi əsir götürüldü
Rusiya hərbçiləri Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürüb.
Report xəbər verir ki, bu, 17 sentyabr 2000-ci il təvəllüdlü Rzayev Nizami Məkani oğludur.
Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarında xidmət etmiş Rzayev Nizaminin Donetsk vilayətinin Mariupol şəhəri istiqamətində əsir düşdüyü bildirilir. Onun hazırda Rusiyada əsirlərin saxlanıldığı həbsxanada olduğu ehtimal edilir.
Gundelik-Baku.Org