Fransa səfiri Füzulidə minaya düşənlərlə bağlı başsağlığı verdi

Fransa səfiri Füzulidə minaya düşənlərlə bağlı başsağlığı verdi
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzulidə mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib.
Səfir bu barədə özünün tvitter səhifəsində yazıb.
“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - Qrossun paylaşımında deyilir.
Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olublar.
Amid Əsədov Masallı rayonu Hacıtəpə kəndində, Çərkəz Quluzadə isə Füzuli rayonu Ağaxanlı kəndində anadan olmuşdu. 
Gundelik-Baku.Org