Türkiyənin Malatya bölgəsindəki zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-2

Türkiyənin Malatya bölgəsindəki zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb - YENİLƏNİB-2
Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.
Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.
O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.
AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.
***14.02
Malatyanın Yeşilyurt ərazisində Türkiyə vaxtı ilə saat 12:04-də 5.6 bal gücündə baş verən zəlzələ zamanı dağıntılar baş verib. 
CNN Türk verdiyi məlumata görə, zədələnmiş binalar dağılıb. 
***13.32
Türkiyədə daha bir zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələ Malatyanın Yeşilyurt ərazisində Türkiyə vaxtı ilə saat 12:04-də 5.6 bal gücündə baş verib.
Gundelik-Baku.Org