Yeni xəstəlik yayılır - Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Yeni xəstəlik yayılır - Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Cənubi Amerika ölkəsi olan Peruda "Dang" qızdırması hallarının artması səbəbindən 13 bölgədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

Xarici media xəbər verir ki, hökumət ölkənin şimal, mərkəzi və cənub-şərqindəki 13 bölgədə 90 günlük fövqəladə vəziyyət elan edib.

Milli Xəstəliklərin Epidemiologiyası, Profilaktikası və Nəzarəti Mərkəzi ilin əvvəlindən bu yana ölkədə 11 585 "Dang" xəstəliyinə yoluxma halının müşahidə edildiyini, 16 nəfərin isə xəstəlik səbəbindən həyatını itirdiyini açıqlayıb.

Nazirlik qeyd edib ki, ölüm və yoluxma halları daha da artarsa, 10 milyon əhalisi olan Limaya xəstəliyin yayılması riski var.

Gundelik-Baku.Org