Bu ölkədə beyinyeyən amöbdən ilk ölüm faktı aşkarlandı

Bu ölkədə beyinyeyən amöbdən ilk ölüm faktı aşkarlandı
Cənubi Koreyada ilk dəfə olaraq beyin yeyən amöbdən ölüm faktı aşkaralnıb. Tibbdə bu xəstəlik Naegleria fowleri- Foulera neqleriyası adlanr.
Xarici media xəbər verir ki, həkimlər ölən şəxsin bu amöbə Tailandda yoluxduğunu güman edirlər. Amöb çirkli sularda buruna və ağıza su dolması nəticəsində insan orqanizminə düşür.
Xəstəlik baş ağrısı, qusma nitqin pozulması kimi əlamətlərlə özünü göstərir, 10 gün içərisində insanı məhv edir.
İndiyə qədər beyinyeyən amöbə yoluxma halına az rast gəlinsə də, xəstəlik 98 faiz ölümlə nəticələnir. Bu infeksiya insandan insana keçmir.
Gundelik-Baku.Org