Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı

Ukraynada fövqəladə vəziyyətin müddəti uzadıldı
Ukrayna hökuməti ölkədə fövqəladə vəziyyət və karantin rejiminin uzadılması barədə qərar qəbul edib. 
Bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
“Vahid dövlət mülki müdafiə sisteminin fövqəladə vəziyyət rejiminə keçirilməsi haqqında” Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 338 nömrəli sərəncamında və 09 dekabr 2020-ci il tarixli 1236 nömrəli qərarında dəyişiklik edilib. Fövqəladə vəziyyət bütün Ukrayna ərazisində vahid dövlət mülki müdafiə sistemi üçün uzadılıb və bütün Ukrayna ərazisində karantin də uzadılıb”, - deyə o bildirib.
Gundelik-Baku.Org