Zelenski G7 sammitinin açılışında iştirak edəcək

Zelenski G7 sammitinin açılışında iştirak edəcək
Ukrayna prezidenti Vlolodimir Zelenski fevralın 24-nə planlaşdırılan G7 onlayn sammitinin başlanğıcında iştirak edəcək. 
Xarici KİV xəbər verir ki, Ukrayna lideri Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno tərəfindən salamlama nitqinə dəvət olunub.
"Görüşün əvvəlində Ukrayna prezidenti Zelenskinin iştirakı planlaşdırılır", - deyə o bildirib. 
Matsuno qeyd edib ki, Ukrayna münaqişəsi, Rusiyaya qarşı sanksiyalar və Kiyevə yardım sammitin əsas mövzusu olacaq.
Gundelik-Baku.Org