Erməni silah alverçisi Moskvada tutuldu

Erməni silah alverçisi Moskvada tutuldu
ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Aysor” xəbər verir ki, bu qərarı Moskva vilayətinin Ximki məhkəməsi qəbul edib.
2021-ci il dekabrın sonunda Xaçaturyan Los-Anceles-Moskva-İrəvan reysi ilə Los-Ancelesdən İrəvana yola düşüb, bundan sonra hüquq-mühafizə orqanları onu “Şeremetyevo” hava limanında saxlayıblar.
Gömrükçülər saxlanılan zaman ondan patronları olan “Glock 17” markalı döyüş tapançasını götürüblər.
37 yaşlı Xaçaturyan qanunsuz silah alverində (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) və silah qaçaqmalçılığında (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinin 1-ci hissəsi) təqsirli bilinib.
Müdafiə tərəfi hava yolu şirkəti tapança olan çantanı yük kimi qəbul etdiyi üçün təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib.
 
Vəkillərin sözlərinə görə, Xaçaturyan heç bir qanun pozuntusuna yol vermədiyinə əmin olub və baqajından aşkarlanan silahları başqa əşyalarla birlikdə xüsusi olaraq gizlətməyib.
Müdafiəçilər hökmü qeyri-mütənasib hesab edir və ondan apellyasiya şikayəti vermək niyyətindədirlər.
image_750x_63f5ab77298a5.jpg
Ответить
Письма на тему
Rafi Müslümov
10:16
milliyyətcə erməni olan ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu qərarı Moskva vilayətinin Ximki məhkəməsi qəbul edib. “2021-ci il dekabrın sonunda Xaçaturyan Los-Anceles-Moskva-İrəvan reysi ilə Los-Ancelesdən İrəvana
 
Gundelik-Baku.Org