Zelenskidən Makrona SƏRT REAKSİYA

Zelenskidən Makrona SƏRT REAKSİYA
Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın məğlub edilməli, amma əzilməməli olduğunu ifadə edərək, dialoq qapısının açıq qalmasının vacibliyini vurğulamışdı. Zelenski Makronun bu açıqlamalarını dəyərləndirib.
 
Xarici medianın məlumatına görə, Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirən Zelenski, “Bu, faydasız bir dialoq olacaq, əslində Makron boş yerə vaxt itirir. Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Bu, Putini marginallaşdıran müharibəyə başlamaq qərarı idi” – deyib.
Gundelik-Baku.Org