"Azərbaycana qarşı sanksiya tətbiq etmək yersizdir" - Fransa parlamentinin sədri

"Azərbaycana qarşı sanksiya tətbiq etmək yersizdir" - Fransa parlamentinin sədri
Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistanın mövqeyindən çıxış edən Fransanın niyə Azərbaycana qarşı sanksiyalar tətbiq etməməsi ilə bağlı erməni jurnalistin sualını cavablandırıb. 
Bu barədə Fransa parlamentinin sədri yanvarın 13-də Ermənistanda mətbuat konfransı zamanı deyib. 
Onun sözlərinə görə, ən başlıcası sülh yolu ilə nizamlanma və dialoqun bərpasıdır: "bütün səylərimiz buna yönəlib. Bu gün mümkün sülh və dialoq yolu tükənənə qədər, biz bununla bağlı hər şeyi sınayana qədər başqa yollardan istifadə etmək yersizdir".
Gundelik-Baku.Org