Putin Ukraynadakı müharibənin səbəbini AÇIQLADI

Putin Ukraynadakı müharibənin səbəbini AÇIQLADI
"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədi, ilk növbədə, insanları və Rusiyanı qorumaqdır". 
TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  
"Xüsusi əməliyyatın məqsədi, dəfələrlə dediyim kimi, ilk növbədə, insanları və Rusiyanın bizə bitişik öz tarixi ərazilərimizdə yaratmağa çalışdıqları təhlükələrdən qorumaqdır. Biz buna yol verə bilmərik”, - Rusiya lideri vurğulayıb. 
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinin yerinə yetirilməsini təmin etmək niyyətindədir, “mütləq prioritet” ölkənin yeni regionlarının sakinlərinin təhlükəsizliyidir.
Gundelik-Baku.Org