"Borussiya" yeni formasını satır: pulu Türkiyəyə göndəriləcək

"Borussiya" yeni formasını satır: pulu Türkiyəyə göndəriləcək
Dortmund “Borussiya”sı yeni formasını təqdim edib.
Xarici media xəbər verir ki, formanın tamamilə qara rəngi polad istehsalı şəhəri olan Dortmund ənənələrinə uyğun dizayn edilib.
“Artıq kömür və polad yoxdur. Amma bu şəhər o dövrün insanlarını heç vaxt unutmayacaq. Onların “Borussiya”ya həvəsini oyatmış alov dönə-dönə yanır və şəhəri, azarkeşləri, klubu birləşdirir”, - deyə klubun mətbuat xidməti rəsmi saytında yazıb.
Onu da qeyd etmək lazımdır ki, alman klubu Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım edəcək. Dortmund “Borussiya”sının bazar günü “Herta” ilə matç üçün formaları xeyriyyə hərracında satılacaq və fəlakət zonalarına göndəriləcək.
“Borussiya Dortmund” – “Herta” matçı fevralın 19-da keçiriləcək.

Gundelik-Baku.Org