Azərbaycanda toplanan yardımla bağlı bu görüntülər Türkiyədə gündəm oldu - VİDEO

Azərbaycanda toplanan yardımla bağlı bu görüntülər Türkiyədə gündəm oldu - VİDEO
Azərbaycandan Türkiyədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək olan yardım görənlərə duyğusal anlar yaşadıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yardım məqsədilə qoyulan uşaq gödəkçəsinin cibləri şokolad və qoz-fındıq ləpəsi ilə doldurulub.

Görüntüləri izləyən türkiyəlilər balaca yardımsevərin bu hərəkətinə tərif dolu sözlər yazıblar.

Həmin videonu təqdim edirik:
 
  
Gundelik-Baku.Org