Tokayev qərar verdi: Türkiyəyə yardım ayrılsın

Tokayev qərar verdi: Türkiyəyə yardım ayrılsın
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə dağıdıcı zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
Ölkənin səlahiyyətli orqanları Türkiyə ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini öyrənirlər.
Gundelik-Baku.Org