Rusiyada 5.8 ballıq zəlzələ oldu

Rusiyada 5.8 ballıq zəlzələ oldu
Dünyada zəlzələ kabusu davam edir. Bu gün səhər saatlarında daha bir ölkə silkələnib. 
Fevralın 15-də Rusiyanın şərqində, Kamçatka yarımadasında zəlzələ baş verib. 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Zəlzələnin 5,8 bal gücündə olduğu bildirilir. Zəlzələnin episentri Sakit okean akvatoriyasının 64 km dərinliyində yerləşib. 
Məlumata görə, bölgə sakinləri zəlzələni hiss etməyiblər. 
 
Gundelik-Baku.Org