Özbəkistanda da zəlzələ oldu

Özbəkistanda da zəlzələ oldu
Çərşənbə axşamı Özbəkistanın Kaşkadərya vilayətində 3,6 bal gücündə zəlzələ baş verib. 
Bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Kaşkadərya vilayətinin Dexkanabad rayonu ərazisində olub. Təbiət hadisəsinin episentri yerin 10 km dərinliyində olub. 
Tələfat və dağıntılar barədə məlumat yoxdur. 
Gundelik-Baku.Org