Rusiyada da güclü zəlzələ oldu

Rusiyada da güclü zəlzələ oldu
Rusiyanın Kuril adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. 
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata əsasən, fevralın 13-də səhər saatlarında qeydə alınan zəlzələnin episentri Yujno-Saxalinskdən 682 kilometr şərqdə, Simuşir adasının cənub-qərb ucundan 23 kilometr cənubda olub.
Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin əməkdaşları zəlzələni güclü hesab ediblər. 
Gundelik-Baku.Org