Yardım üçün göndərilən yorğandan qızıl çıxdı

Yardım üçün göndərilən yorğandan qızıl çıxdı
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgəyə yardım səfərbərliyi başladılıb.  Azərbaycanla yanaşı, dünyanın əksər ölkələri qardaş Türkiyəyə yardım göndərib. 
Türkiyənin müxtəlif vilayətlərində də zəlzələdən zərərçəkənlərə kömək göstərilir. Belə ki, Tokatın Niksar rayonundakı yardım mərkəzində gətirilən yorğan diqqət çəkib. Könüllülər yorğanın içindən 18 ədəd qızıl sikkəsi və  ziynət əşyaları aşkar ediblər.
 Polisə məlumat verildikdən sonra qızıllar yoğan sahibinə qaytarılıb. 
 
Gundelik-Baku.Org