Pakistan Türkiyəyə əlavə xilasedici və həkim göndərir

Pakistan Türkiyəyə əlavə xilasedici və həkim göndərir
Pakistan ən son avadanlıqlarla təchiz edilmiş daha 47 nəfərlik axtarış və xilasetmə qrupunu Türkiyəyə göndərib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, daha 55 həkim qrupu yardım əməliyyatları üçün sabah Türkiyəyə yol salınacaq. Məlumata görə, Pakistan ümumilikdə Türkiyəyə 13, Suriyaya 3 dəfə yardım uçuşları həyata keçirib.
Gundelik-Baku.Org