Köhnə maşınla Türkiyəyə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə edildi

Köhnə maşınla Türkiyəyə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə edildi
Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib. 
 
Sərvər Bəşirli adlı şəxs bu gün "MTV”-də yayımlanan "Ümid ilə gəl" verilişinə dəvət olunub.
Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlatdığını deyib.
Daha sonra verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.
Avtomobilin açarı birinci gün Sərvər Bəşirliyə hədiyyə ediləcək.  
Gundelik-Baku.Org