ABŞ-da təyyarə ilə avtobus toqquşdu

ABŞ-da təyyarə ilə avtobus toqquşdu
Fevralın 10-da yerli vaxtla axşam saatlarında ABŞ-ın Los-Anceles Beynəlxalq Hava Limanında sərnişin avtobusu ilə təyyarə toqquşub.
 
Bu barədə "Rosbalt" xəbər verir.


Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, təyyarə darvazanın qarşısından dayanacağa aparılarkən marşrut nəqliyyatı ilə toqquşub, 5 nəfər xəsarət alıb. Hadisədən sonra hava limanı normal rejimdə işləyir.

CBS telekanalının məlumatına görə, toqquşma nəticəsində yedək maşınının sürücüsü, iki sərnişin və avtobus sürücüsü, həmçinin təyyarənin göyərtəsində olan bir işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonuncu xəstəxanaya yerləşdirməkdən imtina edib, digər dördü isə xəstəxanaya aparılıb.
Gundelik-Baku.Org