Dağıntılar altından 119 saat sonra çıxarılan məktəbli: “Bu gün neçənci gündür?” - VİDEO

Dağıntılar altından 119 saat sonra çıxarılan məktəbli: “Bu gün neçənci gündür?” - VİDEO
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan lisey şagirdi Kamil Can, qrupların gərgin səyi nəticəsində 119 saat sonra sağ-salamat xilas edilib.
Kamil Can ilk sualı ilə xilasediciləri kövrəldib. Belə ki, o, bu günün həftənin hansı günü olduğunu soruşub. Onu gözyaşı içərisində qucaqlayan dayısı Haluk Besin isə - “Bu gün Kamil günüdür”, - deyib.
Məktəbli təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Mənbə: Haber Global
Gundelik-Baku.Org