Ana və iki uşağı qucaqlaşıb can verdi

Ana və iki uşağı qucaqlaşıb can verdi
Türkiyənin İskenderun şəhərində zəlzələ nəticəsində dağılmış binanın altından ana və iki uşağının bir-birinə sarılmış meyitləri tapılıb.
Türkiyə mediası xəbər verir ki, 4 mərtəbəli binanın dağıntıları altında qalan Selcan Bağışın 5 yaşlı qızı Sıla və 8 aylıq körpəsi Abdullanın meyitləri xilasediciləri kövrəldib.
Ana övladlarına sarılaraq can verib.
Onların cənazəsi Hakkarinin Yüksekova qəsəbəsində göz yaşları içərisində dəfn edilib.


 
Gundelik-Baku.Org