84 yaşlı xərçəng xəstəsi özünü asdı

84 yaşlı xərçəng xəstəsi özünü asdı
Sabirabadda kişi intihar edib.
Hadisə Qalağayın kəndində qeydə alınıb. Kənd sakini 84 yaşlı Muradov Ağasəmid Qaraş oğlu evinin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.
İlkin ehtimala görə, A. Muradov ağır onkoloji xəstə olub. Onun xəstəlikdən və ağrılardan qurtulmaq üçün özünü asdığı iddia edilir.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.
Gundelik-Baku.Org