Rahibəliyə görə 61 milyonluq mirasdan imtina etdi

Rahibəliyə görə 61 milyonluq mirasdan imtina etdi
Hindistanda özünə 61 milyon dollarlıq miras qalan 8 yaşlı qız rahibə olmaq və dindar həyat sürmək üçün puldan imtina edib.
Xarici media bildirir ki, 8 yaşlı Devanşi Sanqvi zərgərlik biznesini və ailəsindən çoxmilyonluq sərvəti miras almalı idi. Lakin məktəbli qızın sözlərinə görə, pul və sivilizasiyanın digər faydaları ilə maraqlanmır. Çünki o, bütün həyatını məbəddə keçirmək, din öyrənmək və meditasiya etmək istəyir.
Dəvanşilər ailəsi qızlarının seçiminə hörmətlə yanaşır və onun seçimini də başa düşür. Qızın valideynləri eyni dinə - caynizmə etiqad edirlər. Həmin din eramızdan əvvəl I əsrin ortalarında yaranıb. Hazırda bu dinə beş milyona yaxın insan sitayiş edir.
Gundelik-Baku.Org