"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - Peskov

"Putinin səhhəti dövlət əhəmiyyətli məsələdir" - Peskov
"Rusiya prezidenti Vladimir Putinin səhhəti dövlət təhlükəsizliyi məsələsidir". 
Gazeta.ru xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 
“Siz virusların mutasiya proseslərini görürsünüz, qrip dalğalarının nə qədər güclü olduğunu görürsünüz. Bu, pandemiyanın dərslərini nəzərə alaraq, prezidentin təhlükəsizliyinə və sağlamlığına cavabdeh olan şəxsləri ehtiyat tədbirləri görməyə məcbur edir. Çünki onun səhhəti dövlət əhəmiyyətli məsələdir”, - deyə Peskov bildirib.
Gundelik-Baku.Org