Ən ağıllı pişik cinsləri AÇIQLANDI

Ən ağıllı pişik cinsləri AÇIQLANDI
Mütəxəssislər araşdırma apararaq ən ağıllı pişik cinslərini müəyyən ediblər.
Xarici KİV xəbər verir ki, bu heyvanlar nisbətən kiçik beyinə malikdirlər.
Lakin eyni zamanda onların yüksək emosional intellekt və uyğunlaşmaya hazırlığı var. Pişikləri heyvanlar aləmindəki ən ağıllı canlılardan biri edən xüsusiyyət də elə budur.
Ən ağıllı cinsləri müəyyən etmək üçün tədqiqatçılar uyğunlaşma qabiliyyətinə, maraq səviyyəsinə və zehni stimullaşdırma ehtiyacına, eləcə də insanlar və digər ev heyvanları ilə ünsiyyətcilliyə, sahibləri ilə ünsiyyətdə olmaq istəyinə baxıblar.
Heyvanları Qəddarlıqdan Qoruma Kral Cəmiyyətinin (RSPCA) tədqiqatçısı Samantha Vatson hər bir pişiyin həm genetik, həm də həyat tarixi ilə formalaşan unikal bir şəxsiyyətə sahib olduğunu söyləyib.
Ən ağıllı pişiklərin reytinqi aşağıdakı cinslərlə təmsil olunur:
Həbəş pişiyi - böyük qulaqları və kiçik pəncələri, bəbir izləri olan Benqal pişiyi, Birma pişiyi, Korniş Reks cinsi, Scottish Fold pişiyi, Sinqapur pişiyi, Siam pişiyi, Angora pişiyi və Yapon bobtail.
Gundelik-Baku.Org