Xorultudan xilas olmağa imkan verən sprey yaradıldı

Xorultudan xilas olmağa imkan verən sprey yaradıldı
Alimlər xorultudan xilas olmağa kömək edən sprey yaradıblar.
Xarici medianın xəbərinə görə, sprey heyvanlar və ilk könüllülər üzərində sınaqdan keçirilib.
Qeyd olunur ki, obstruktiv yuxu apnesi (obstruktiv yuxu apnesi sindromu yuxarı tənəffüs yollarının tam və ya qısmən tıxanıqlığından qaynaqlanır-red.)
ən çox rast gəlinən patologiyadır. Yuxarı tənəffüs yollarının tıxanması səbəbindən tənəffüsün daimi dayanması ilə xarakterizə olunur, ondan əziyyət çəkən insanlarda oksigen çatışmazlığı yaranır, qan təzyiqi yüksəlir, yuxu pozulur. Eyni zamanda xəstəliyin ən məşhur əlamətlərindən biri də xoruldamadır.
Bu xəstəliyin əsas müalicəsi mexaniki ventilyasiya cihazlarının istifadəsi olaraq qalır, lakin mütəxəssislər dərmanların istifadəsi asan olan mexanizmləri aşkar edirlər.
Belə ki, bu yaxınlarda yeni preparatın yaradılması üzərində çalışan alimlər müəyyən ediblər ki, kalium kanalları TASK-1, yuxarı tənəffüs yollarının idarə edilməsində iştirak edən membran zülalları obstruktiv yuxu apnesinin inkişafında rol oynayır.
Nəticədə, yatmazdan əvvəl istifadə edən subyektlər bütün gecə tənəffüs yollarını açıq saxlaya biliblər.
Gundelik-Baku.Org