Rusiyalı hərbçi Ukraynada döyüşməkdən imtina etdi

Rusiyalı hərbçi Ukraynada döyüşməkdən imtina etdi
Rusiyanın Kamçatka bölgəsində hərbi qulluqçu Ukraynadakı müharibədə döyüşməkdən imtina etdiyinə görə koloniyaya salınıb. 
Xarici KİV xəbər verir ki, Aleksey B. 1 il 8 ay müddətinə cəzalandırılıb. 
"Həmin şəxs hərbi hissə komandirinin əmrini yerinə yetirməkdən və Ukraynaya getməkdən imtina edib. Hərbçi Sakit Okean Donanması Məhkəməsinə apellyasiya şikayəti verib", - məlumatda deyilir.
Gundelik-Baku.Org