Hindistanda 17 nəfər saxta içkidən ÖLDÜ

Hindistanda 17 nəfər saxta içkidən ÖLDÜ
Hindistanın şərqində saxta içkidən ən azı 17 nəfər ölüb, 20 nəfər xəstəxanaya yerləşdirilib.
Bihar əyalətinin Saran rayonunda spirtli içkilərin istehsalı, satışı və istehlakının qadağan olunduğu üç kənddə spirtli içki satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.
Səlahiyyətlilər saxta içki qəbul edən 17 nəfərin öldüyünü, xəstəxanaya yerləşdirilən 20 nəfərdən bir neçəsinin isə görmə qabiliyyətini itirdiyini bildirib.
2016-cı ildən Bihar əyalətində spirtli içkilərin satışı və istehlakı qanunsuzdur.
Gundelik-Baku.Org