İlham Əliyev Buxarestdə plenar iclasda iştirak edir - YENİLƏNİB

İlham Əliyev Buxarestdə plenar iclasda iştirak edir - YENİLƏNİB
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.
Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.
Sonra birgə foto çəkdirilib.
Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamlayıb və çıxış edib.
***10:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gəlib.
Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.



Gundelik-Baku.Org