"Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq münasibətlər var" - Qaribaşvili

"Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq münasibətlər var" - Qaribaşvili
Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə söykənir. Əminəm ki, hazırkı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha yüksək səviyyəyə qalxacaq.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyevin Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfə verdiyini qeyd edən İrakli Qaribaşvili bugünkü söhbətdə ölkələrimiz arasında sıx tərəfdaşlığın bir daha vurğulandığını söyləyib.
Gundelik-Baku.Org