Hulusi Akardan Yunanistana sərt MESAJ: "Ağlınızı başınıza yığın!"

Hulusi Akardan Yunanistana sərt MESAJ: "Ağlınızı başınıza yığın!"
Türkiyə müdafiə naziri Hulusi Akar Yunanistanla gərginlikdən danışıb.
Yerli media bildirir ki, nazir bu barədə açıqlamasında Yunanistan tərəfinə sərt mesaj verib:
“Güvəndiyiniz dağlara qar yağmamış ağlınızı başınıza yığın. Başqalarına güvənib bir macəraya həvəslənməyin. Belə bir xəta etməyin. Tarixdə belə səhv etdiniz, nəticəsi məlumdur”.
Qeyd edək ki, ötən gün yunan sərhədçiləri türkiyəli balıqçılara atəş açıb.
Gundelik-Baku.Org