"Apple"da YENİLİK: Rəngləri qrafik redaktora köçürən QƏLƏM

"Apple"da YENİLİK: Rəngləri qrafik redaktora köçürən QƏLƏM
"Apple" şirkəti real dünyadakı rəngləri qrafik redaktora köçürə biləcək yeni nəsil "Apple Pencil" üzərində çalışır. 
Xarici KİV xəbər verir ki, şirkət üzərində işlədiyi yeni nəsil "Apple Pencil"ı patentləşdirib.
Patent sənədlərinə əsasən, yeni nəsil "Apple Pencil" texnikasında konstruksiyasında optik sensor olacaq və həmin optik sensor real dünyadakı rəngləri təyin edərək onları qrafik redaktora köçürə biləcək. "Apple Pencil"ın sahib olacağı optik sensor müxtəlif səthlərin rənglərini və teksturlarını təyin edə biləcək.
Stilus kontaktda olduğu səthlərin rəngləri və teksturları barəsində məlumatları naqilsiz şəbəkə vasitəsilə "iPad" kimi qoşulu olduğu cihaza ötürə biləcək. Patent sənədlərində həmçinin qeyd edilib ki, yeni nəsil "Apple Pencil" bu və ya digər obyektin teksturunu ölçə və rəng çalarları barəsində daha ətraflı məlumatı əldə etmək üçün işığın, obyektin rənginə necə təsir göstərdiyini təyin edə biləcək. "Apple" şirkətinin digər patentləri kimi bu patentin də nəticədə dəqiq şəkildə reallaşdırılacağı məlum deyil.
Gundelik-Baku.Org