İran Ukraynanı HƏDƏLƏDİ

İran Ukraynanı HƏDƏLƏDİ
İran növbəti dəfə Rusiyaya pilotsuz təyyarələrin verilməsində iştirak etmədiyini bəyan edib. Həmçinin, Tehran Ukrayna tərəfinin tədarükçülərin həbsi və fabriklərin məhv edilməsi zərurəti ilə bağlı son bəyanatına görə hədələyib.
Xarici KİV xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani deyib.  
"Biz Ukrayna rəhbərliyinin ittihamlarını rədd edirik... Mən bir daha vurğulayıram: biz Ukraynadakı münaqişədə iştirak etmirik və böhranın həllinə və bu ölkədə sülhün bərqərar olmasına kömək etməyə hazırıq”, - o, bildirib.
İranın Xarici İşlər Nazirliyi də Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyakın “İrabna sanksiyaları artırın”la bağlı açıqlamasına münasibət bildirib.
“Biz təhdid ritorikasının hansı qurumdan olmasından asılı olmayaraq, məsuliyyətsizlik hesab edirik və bu cür bəyanatların hüquqi və siyasi nəticələrinə görə məsuliyyəti Ukrayna hökumətinin üzərinə qoyuruq”, - o əlavə edib.
Xatırladaq ki, dekabrın 22-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ Konqresində çıxışı zamanı səsləndirdiyi “kobud ifadələri” pislədiyini bildirib. O, Zelenskiyə “Cənab Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı strateji dözümlülüyü sərhədsiz olmayacaq...”, - deyə cavab verib. 
Gundelik-Baku.Org