"Aİ Ukraynadakı cinayətlərini gizlətməyə çalışır"

"Aİ Ukraynadakı cinayətlərini gizlətməyə çalışır"
"Avropa İttifaqı xüsusi tribunal yaradılması təşəbbüsü ilə Ukraynada hərbi cinayətlərdə iştirakını ört-basdır etməyə çalışır",
Bunu  Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin "RİA Novosti"yə müsahibəsində deyib.  
Onun sözlərinə görə, Moskva BMT-dəki anti-Rusiya nümayəndə heyətlərinin Rusiya üzərində “beynəlxalq tribunal” yaradılması haqqında danışmasına təəccüblənmir.
"Bu ölkələr rusofob şövqlə bu dünya təşkilatının əsas orqanlarının səlahiyyətlərini təsbit edən BMT Nizamnaməsini açıq şəkildə pozmağa, suveren dövlətlərin daxili işlərinə qarışmağa hazırdırlar", - Xarici İşlər Nazirinin müavini deyib.
Diplomat bildirir ki, Ukraynanın maliyyələşdirilməsində və silah təchizatında iştirak edən Avropa İttifaqı bu yolla “Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən kütləvi hərbi cinayətlərdə” iştirakını ört-basdır etməyə çalışır.
Gundelik-Baku.Org