Ruslar S-300-lə Zaporojyeyə hücum etdi

Ruslar S-300-lə Zaporojyeyə hücum etdi
"Ruslar S-300 raketləri ilə Zaporojyəyə hücum etdi, dağıntılar və yaralılar var". 
Bu barədə Zaporojye OVA-nın rəhbəri Oleksandr Starux  məlumat verib .
"Yaşayış binası və infrastruktur obyektləri dağılıb. İlkin məlumata görə, tələfat yoxdur. Üç yaralı var. Məlumatlar dəqiqləşdirilir", - Starux bildirib.  
Onun sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının qaz sisteminə ziyan dəyib, yanğın baş verib.  
Gundelik-Baku.Org