Polşa vətəndaşlarına xoşagəlməz Yeni il “sürpriz”i

Polşa vətəndaşlarına xoşagəlməz Yeni il “sürpriz”i
Təntənəli Yeni il şənlikləri ilə fərqlənən Polşa şəhərlərində bu il kütləvi şəkildə tədbirlər keçirilməyəcək. Səbəb hər şeyə, amma xüsusilə elektrik enerjisinə qənaətdir.
Qeyd edilir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə ənənəvi olaraq Polşanın bir çox şəhərlərində açıq havada konsertlər, atəşfəşanlıq və digər tədbirlər olurdu. Son iki ildə pandemiya səbəbindən şəhərlərdə Yeni il gəzintiləri ləğv edilib.
Bu il isə elektrik enerjisi və digər xidmətlərin qiymətləri durmadan artır. Belə bir tədbirin təşkili üçün elektrik enerjisi, atəşfəşanlıq, artistlər və mühafizəyə xərc çəkilməlidir. Buna görə də bir çox şəhərlər 2023-cü ili qeyd etməkdən vaz keçmək qərarına gəliblər.
Sakinlər üçün bayram tədbirləri yalnız Polşanın bir neçə böyük şəhərində və əvvəlkilərinə nisbətən kiçik formatda keçiriləcək.
Mənbə: Interia
Gundelik-Baku.Org