"Kiyev Moskvanın uzatdığı mərhəmət əlini itələdi" - Medvedev

"Kiyev Moskvanın uzatdığı mərhəmət əlini itələdi" - Medvedev
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın Kiyevə xristian mərhəmət əlini uzatdığını, lakin o, bunu rədd etdiyini bildirib.
Bu barədə siyasətçi özünün "Telegram" kanalında yazıb.
O, Ukrayna hakimiyyətini öz vətəndaşlarına qarşı humanistlik nümayiş etdirməməkdə ittiham edib. Medvedev vurğulayıb ki, Kiyev ukraynalıları Milad gecəsi kilsələri ziyarət etmək imkanından məhrum edib. Eyni zamanda, bu günlərdə hətta Avropa liderləri də atəşkəsə çağırıb, lakin Kiyev rəhbərliyi heç vaxt “nə insanlara, nə də heyvanlara” aman vermir”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si səhər saat 00:00-dək bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Kreml bəyan edib ki, dövlət başçısı Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin müraciətlərini nəzərə alıb.
Ukrayna prezidenti Volodimir Zelenski təklifi rədd edərək, bunu “örtük” adlandırıb. Onun sözlərinə görə, Moskva döyüşləri “yeni güclə” davam etdirmək üçün Milad atəşkəsindən “nəfəs almaq” kimi istifadə edir.
Gundelik-Baku.Org