Televiziya rəhbərləri Yeni il axşamı harada olacaqlar? – SORĞU

Televiziya rəhbərləri Yeni il axşamı harada olacaqlar? – SORĞU
Yeni il axşamı televiziya kanallarının rəngarəng proqramlarını izləyənlərdə elə təəssürat yaranır ki, televizor ekranlarından gördükləri bütün insanlar hazırda oradadırlar, Yeni ili rəhbərliklə bərabər iş başında qeyd edirlər. 

Əslində necədir? 

Bizim.Media-da “Yeni ili televiziya direktorları harada keçirəcəklər?” sualı ilə sorğu hazırlayıb. Beləliklə: 

AzTV-nin sədri Rövşən Məmmədovun sözçüsü: 

“Rövşən müəllim Yeni il axşamı həmişəki kimi öz kabinetində olacaq. Həmin gün sədrlə yanaşı bir çox işçilər də iş başında olurlar. Çünki həmin gün efirimizdə vacib proqramlar olur. Bildiyiniz kimi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həmçinin Yeni il münasibətilə ölkə başçısının çıxışı planlaşdırılır. Buna görə də kollektivimizin bir çox üzvü kimi Rövşən müəllim də Yeni ili AzTV-də qarşılayır”.

İTV-nin baş direktoru Balakişi Qasımovun sözçüsü:  

“Balakişi Qasımov bayramları adətən Bakıda, doğma Vətəndə keçirir. Bu il də belə olacaq. Baş direktorumuz Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Bakıda, ailəsi və yaxınları ilə birlikdə keçirəcək”.

Xəzər TV-nin baş direktoru Murad Dadaşovun sözçüsü: 

"31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramında Xəzər Televiziyasında yeniliklərə start veriləcək.  Diqqətinizdən yayınmayıbsa, bu günlərdə Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov  belə bir paylaşım etmişdi - Yeni ildə "Xəzər" yenilənir.  Həmin yenilənməyə də məhz Həmrəylik Günündə start veriləcək. Yəni Xəzər Media Mərkəzinin Baş direktoru 31 dekabrda da  idarəetmə kürsüsündə olacaq".

ARB24-ün direktoru Radik İsmayılovun sözçüsü: 

“Radik İsmayılov dekabrın 31-i, eləcə də yanvarın 1-nə keçən gecə telekanalın proqramında mühüm layihələr olduğu üçün həmin gün işdə olur. Yeni ili telekanalın binasında - efir otağında qarşılayır. 3 ildir belədir, bu il də belə olacaq”. 
Gundelik-Baku.Org