Polşada Yeni il atəşfəşanlığında bədbəxt hadisə - 2 ölü, 7 yaralı

Polşada Yeni il atəşfəşanlığında bədbəxt hadisə - 2 ölü, 7 yaralı
Yeni il atəşfəşanlığı zamanı Polşada iki nəfər həlak olub, 700-ə yaxın yanğın baş verib.
Bu barədə ölkənin Dövlət Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski jurnalistlərə bildirib. 
“Yeni il ərəfəsində atəşfəşanlıq nəticəsində 700-ə yaxın yanğın hadisəsi qeydə alınıb. Çox vaxt zibil qutularında, hedcinqlərdə və avtomobillərdə yanğınlar olub" deyə Kejkovski bildirib.
Onun sözlərinə görə, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Yanğın zamanı 12 avtomobil yanıb.
Ümumilikdə Yeni il ərəfəsində yanğınsöndürənlərə 1200-dən çox çağırış edilib, 149 çağırışın yalan olduğu üzə çıxıb.
Gundelik-Baku.Org