"Türkiyə Ukraynanın təkliflərini dəstəkləyir" - Çavuşoğlu

"Türkiyə Ukraynanın təkliflərini dəstəkləyir" - Çavuşoğlu
"Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CAR-dan olan həmkarı Naledi Pandor ilə birlikdə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynadakı müharibəyə son qoymağa çalışır: “Atəşkəs rejiminin əldə olunması istiqamətində addımlarımızı davam etdiririk. Hədəfimiz daimi sülhə nail olmaqdır. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən etibarən bunun üçün çalışır. Müharibəyə baxmayaraq, diplomatiyanın da nəticələrini görürük”.
M.Çavuşoğlu bildirib ki, Türkiyə “taxıl sazişi”nin icrasının davam etməsinə çalışır: "BMT ilə bu istiqamətdə əməkdaşlıq davam edir".
Gundelik-Baku.Org