Dünyanın ən böyük hərrac evləri rekord qazanc əldə edib

Dünyanın ən böyük hərrac evləri rekord qazanc əldə edib
2022-ci ildə dünyanın üç ən böyük hərrac evinin satışları demək olar ki, rekord həddə çatıb.
“Christie`s”, “Sotheby`s” və “Phillips”in ümumi satışları təqribən 18 milyard dollar təşkil edib.
Bu məbləğin 8,4 milyard dolları “Christie`s”, 8 milyard dolları “Sotheby`s”, 1,3 milyard dolları isə “Phillips”in payına düşüb.
Hər bir şirkət üçün cari il satış planında rekord olub. Eyni zamanda, “Christie`s” incəsənət bazarı tarixində ən yüksək nəticə əldə edib.
“Phillips” hərrac evi isə 2022-ci ildə satışları ötən illə müqayisədə 8% artıra bilib. Şirkətin ən bahalı lotu 85 milyon dollara satılan Jan-Mişel Baskiyanın tablosu olub.
Mənbə: gazeta.ru
Gundelik-Baku.Org